Baş direktor: "Petkim" ciddi sınaqdan uğurla çıxdı"

Baş direktor: "Petkim" ciddi sınaqdan uğurla çıxdı"
# 06 mart 2017 06:28 (UTC +04:00)

"Dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, qurduğumuz güclü sistem nəticəsində "Petkim Petrokimya Holding AŞ" ötən ili iri mənfəətlə başa vurub". "APA-Economics" xəbər verir ki, bunu holdinq baş direktoru Anar Məmmədov bildirib.

A.Məmmədov bildirib ki, şirkətin mənfəəti proqnozlardan üstün olub: "Əldə etdiyimiz mənfəət rekord göstəricidir. Özü də biz mənfəəti qlobal maliyyə böhranı səbəbindən ciddi dalğalanmanın baş verdiyi dönəmdə əldə etmişik. Bütün sektorlar ciddi təzyiqlə üzləşib. Bütün bunlara baxmayaraq, ötən il apardığımız yenidənqurma işləri və islahatlar bizim ciddi uğur əldə etməyimizə səbəb oldu. Başqa sözlə, biz ötən il çətin bir sınaqdan uğurla çıxdıq. "Petkim" olaraq qlobal və lokal prosesləri yaxından təqib etdik, bazarın və müştərilərin tələblərini sürətlə və vaxtında yerinə yetirdik".

Baş direktor xatırladıb ki, holdinq ötən il aktivlərini 5,5 mlrd. lirədən 6,3 lirəyədək yüksəldib. "Çağırışlara anında cavab verməyimiz nəticəsində 2015-ci illə müqayisədə ötən il xalis mənfəətimiz 15% artaraq 732 mln. lirəyə çatıb", - deyə o bildirib.

O əlavə edib ki, ötən il olduğu kimi, şirkət 2017-ci ili də mənfəətlə başa vurmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR