Qazaxıstan parlamenti Konstitusiyaya dəyişiklikləri təsdiqləyib

Qazaxıstan parlamenti Konstitusiyaya dəyişiklikləri təsdiqləyib
# 06 mart 2017 09:28 (UTC +04:00)

Qazaxıstan parlamenti Konstitusiya dəyişiklikləri barədə qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

APA-nın “Tengrinews.kz” saytına istinadən verdiyi məlumata görə, prezident Nursultan Nazarbayev tərəfindən təqdim edilən qanun layihəsi Konstitusiyanın 19 maddəsinə 26 dəyişiklik nəzərdə tutur.

Qeyd edək ki, martın 3-də prezidentin iştirakı ilə parlamentin hər iki palatasının birgə iclası keçirilib. İclasın yekunu olaraq qanun layihəsini təkliflər nəzərə alınmaqla ikinci oxunuşa hazırlayacaq birgə komissiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR