"NordStar" Rusiyanın üç şəhərindən Azərbaycana uçuşları dayandırır

"NordStar" Rusiyanın üç şəhərindən Azərbaycana uçuşları dayandırır
# 06 mart 2017 09:38 (UTC +04:00)

Rusiyanın "NordStar" aviaşirkətinin Azərbaycanın bir neçə şəhərinə aviareys yerinə yetirməsinə qadağa qoyulub.

"APA-Economics" xəbər verir ki, Rusiyanın Federal Hava Nəqliyyat Agentliyinin qərarına əsasən adıçəkilən şirkət İrkutsk-Bakı, Kazan-Bakı və Moskva-Lənkəran reysləri üzrə uçuşlar yerinə yetirə bilməyəcək. Söhbət həm sərnişin, həm də yük daşımalarından gedir.

Dövlət qurumu bu addımın səbəbini açıqlamayıb.

Buna baxmayaraq, "NordStar" hər biri həftədə iki dəfə olmaqla Ufa-Bakı və Norilsk-Ufa-Bakı aviareysləri üzrə uçuşlarını davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR