Müdafiə təyinatlı məmulatların ixracı ilə bağlı 100 milyon dollardan artıq müqavilələr imzalanıb

Müdafiə təyinatlı məmulatların ixracı ilə bağlı 100 milyon dollardan artıq müqavilələr imzalanıb
# 06 mart 2017 13:25 (UTC +04:00)

2016-cı ildə Müdafiə Sənayesi Nazirliyi üzrə əldə edilmiş əsas iqtisadi göstəricilər açıqlanıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında bildirilib ki, ötən il məhsul istehsalını ümumi həcmi 272,6 milyon manat təşkil edib, proqnoza 100,2 faiz əməl edilib.

Hesabatda qeyd olunub ki, ümumi məhsul istehsal həcmi 2010-cu ilə nisbətən 3,0 dəfə artıb, 2015-ci illə müqayisədə ümumi məhsul istehsalında azalma olmasına baxmayaraq, müdafiə təyinatlı məmulatların istehsal həcmində 2010-cu illə müqayisədə 4,1 dəfə, 2015-ci illə müqayisədə isə 1,8 dəfə artım olub: “Artıq müdafiə sənayesi müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar. Müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanaraq icrasına başlayıblar. Hesabat ilində ümumi həcmi 100 milyon ABŞ dollarından artıq olan ixrac müqavilələri imzalanıb. Bağlanmış müqavilələr üzrə məhsulların bir qismi istehsal olunaraq ixrac edilib. 2017-ci ildə müqavilələrin icrası davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR