Əbülfəs Qarayev Berlin Beynəlxalq Turizm Sərgisində iştirak edəcək

Əbülfəs Qarayev Berlin Beynəlxalq Turizm Sərgisində iştirak edəcək
# 06 mart 2017 15:31 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Berlin Beynəlxalq Turizm Sərgisində iştirak edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, martın 8-dən 12-dək keçiriləcək sərgidə Azərbaycanın stendinin açılışı olacaq.

Səfər çərçivəsində nazir Ə. Qarayevlə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulub. Nazirin "İpək Yolu" ölkələrinin turizm nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı da planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR