BMT-də Trampın yeni miqrasiya fərmanı tənqid edilib

BMT-də Trampın yeni miqrasiya fərmanı tənqid edilib
# 07 mart 2017 01:14 (UTC +04:00)

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ABŞ prezidenti Donald Trampın imzaladığı yeni miqrasiya fərmanını tənqid edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun informasiya mərkəzinin yaydığı açıqlamada bildirilir.

“Qaçqınlar müharibə və zülmdən qaçmaq məcburiyyətində qalan adi insanlardır. Onların müdafiə və yardıma ehtiyacları var”, deyə F.Qrandi bildirib.

Onun qənaətinə görə, ABŞ prezidentinin qərarı miqrantların vəziyyətini daha da ağırlaşdıracaq: “Qaçqınlara sığınacaq verən ABŞ daim digər ölkələr üçün nümunə olub. Bu gün, dünyada qaçqın axınının rekord səviyyəyə çatdığı bir vaxtda humanizm nümunəsinə daha çox ehtiyac var”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. ABŞ hökuməti yenidən İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR