Tailandda təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Tailandda təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
# 07 mart 2017 02:41 (UTC +04:00)

Tailandın paytaxtı Banqkok şəhəri yaxınlığında Hindistana məxsusi sanitar-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin pilotu ölüb, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin məlumata əsasən, göyərtəsində 5 nəfərin olduğu təyyarə naməlum səbəbdən havada olarkən alışıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR