ABŞ Cənubi Koreyada raket əleyhinə "THAAD" sistemləri yerləşdirir

ABŞ Cənubi Koreyada raket əleyhinə "THAAD" sistemləri yerləşdirir
# 07 mart 2017 03:33 (UTC +04:00)

ABŞ Cənubi Koreyada raket əleyhinə "THAAD" sistemlərinin quraşdırılmasına başlayır.

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, "THAAD" sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb.

Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.

Raket əleyhinə "THAAD" sistemlərinin Cənubi Koreyada yerləşdirilməsinə iyun-iyul aylarında başlanmalı idi. Lakin Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınaqları ABŞ və Cənubi Koreyanı prosesi sürətləndirməyə vadar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR