Meksikada zəncirvari qəza nəticəsində 5 nəfər ölüb

Meksikada zəncirvari qəza nəticəsində 5 nəfər ölüb
# 07 mart 2017 04:11 (UTC +04:00)

Meksikanın Miçoakan ştatında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Mexiko-Qvadalaxara avtomagistralında qeydə alınıb.

Məlumata əsasən, idarəetməni itirən yük maşını qarşıda hərəkətdə olan bir neçə minik avtomobilinə çırpılıb. Avtomobillərdən biri yanıb. Qəza nəticəsində azı 5 nəfər ölüb, xəsarət alanların olduğu bildirilir.

Hadisə yerində polis və yanğınsöndürənlər işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR