Rusiyada yanğın zamanı üç nəfər ölüb

Rusiyada yanğın zamanı üç nəfər ölüb
# 07 mart 2017 06:53 (UTC +04:00)

Rusiyada yanğın zamanı 2 yaşlı uşaq daxil olmaqla, 3 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Çelyabinsk şəhərində, fərdi yaşayış evlərinin birində, gecə saatlarında baş verib.

Hadisə zamanı çoxlu yanıq xəsarətləri alanlar və zəhərlənənlər var.

Yanğın fərdi yaşayış evi və evüstü tikililəri tamamilə məhv edib. Alov qonşu evin damına da yayılıb.

Yanğının səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR