Putin dövlətə xəyanətdə ittiham olunan şəxsi əfv edib

Putin dövlətə xəyanətdə ittiham olunan şəxsi əfv edib
# 07 mart 2017 11:10 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin dövlətə xəyanətdə ittiham olunan Oksana Sevastidini əfv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, imzalanan fərman 5 gündən sonra qüvvəyə minir.

Dekabr ayında keçirilən böyük mətbuat konfransında V. Putin məhkəmənin qərarını “kifayət qədər sərt” adlandırıb və məsələyə baxacağını deyib.

O. Sevastidi 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən öncə Gürcüstandakı tanışına Rusiya hərbi texnikasının hərəkəti barədə göndərdiyi sms-ə görə ittiham olunub. 2015-ci ildə dövlətə xəyanət ittihamı ilə saxlanılan O. Sevastidi 2016-cı ildə 7 il həbs cəzası alıb.

Martın 15-də apelyasiya şikayəti verilməsinin tarixi ilə bağlı məhkəmə iclası keçiriləcək. O. Sevastidinin vəkili əfv fərmanına rəğmən şikayət ərizəsinin geri çağırılmayacağını deyib. Onun sözlərinə görə, əfv reabilitasiya hallı hesab edilmir və müdafiə bəraət qərarına nail olmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR