Son iki ildə ABB-nin SOCAR-a ayırdığı kreditin məbləği açıqlanıb

Son iki ildə ABB-nin SOCAR-a ayırdığı kreditin məbləği açıqlanıb
# 07 mart 2017 12:28 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının (ABB) qazlaşdırma işləri ilə əlaqədar SOCAR-a ayırdığı kreditin məbləği məlum olub.

"APA-Economics" Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, ölkənin yaşayış məntəqələrinin qazlaşdırılması işləri "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Nazirlər Kabinetinin 2014-cü il 21 oktyabr tarixli və 2016-cı il 3 iyun tarixli sərəncamları ilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən SOCAR-a ABB vasitəsi ilə müvafiq olaraq 472,8 mln. dollar və 198 mln. manat məbləğində kredit vəsaiti çərçivəsində mərhələlərlə həyata keçirilməkdədir: "Belə ki, sözügedən Dövlət Proqramı çərçivəsində bu günə qədər Tovuz rayonunun Kirən, Xınnakirən, Böyükqışlaq, Molla Ayrım, Qaradaş, Hacıhəsənli kəndlərinin qazlaşdırılması işləri başa çatıb. Regionların qazlaşdırılması işləri növbəti illərdə də davam etdiriləcək".

Eyni zamanda, dövlət proqramları ilə nəzərdə tutulmuş qazlaşdırma işlərinin maliyyələşdirilməsi məqsədi ilə 2014-2016-cı illərdə ABB tərəfindən SOCAR-a ümumilikdə 671 mln. manat məbləğində kredit ayrılıb. "Vəsaitlərin obyektlər üzrə bölgüsü və təyinatı üzrə səmərəli istifadəsi bilavasitə SOCAR-ın məsuliyyəti altında həyata keçirilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR