Çempionlar Liqasında 1/4 finala çıxan iki komanda bəlli olub - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 finala çıxan iki komanda bəlli olub - <span style="color: red;">NƏTİCƏLƏR
# 08 mart 2017 03:24 (UTC +04:00)

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, diqqətlər London və Neapola yönəlib.

İlk matçda “Arsenal”a 5:1 hesabı ilə qalib gələn “Bavariya” Londona şanslı yollanmışdı. Meydan sahibləri 22-ci dəqiqədə hesabı açıblar. İlk hissə bu hesabla başa çatsa da, ikinci yarıda "topçular" əsl şok yaşayıblar. Ard-arda qolları sıralayan münhenlilər ilk oyundakı hesabı təkrarlayıblar - 1:5.

Günün digər matçında “Napoli” “Real”ı qəbul edib. Neapollular Madriddə keçirilən ilk oyunda hesabı açan tərəf olsa da, “Real” sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Çempionlar Liqasının son qalibi bu görüşdə eyni ssenari ilə qalib gəlib. Əvvəlcə meydan sahibləri hesabı açıblar. Fasilədən sonra isə madridlilər 3 qol vuraraq növbəti mərhələyə adlayıblar.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

7 mart

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) - 1:5

Qollar: Uollkot, 20 - Levandovski, 55 (pen.), Robben, 68, Kosta, 78, Vidal, 80, 85

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun - 1:5

“Napoli” (İtaliya) – “Real” (Madrid, İspaniya) - 1:3

Qollar: Mertens, 24 - Ramos, 52, 57

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun - 1:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR