Cocuq Mərcanlıda minaatan mərmisi tapılıb

Cocuq Mərcanlıda minaatan mərmisi tapılıb
# 08 mart 2017 15:33 (UTC +04:00)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 14 evə baxış keçirilib, 1 379 ədəd qəlpə, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi) və 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Nəticə etibarilə 50 913 kv.m ərazi (11 313 kv.m əl ilə, 15 200 kv.m mexaniki üsulla və 24 400 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR