Moskvada Vladimir Putin və Benyamin Netanyahu arasında görüş keçiriləcək

Moskvada Vladimir Putin və  Benyamin Netanyahu  arasında görüş keçiriləcək
# 09 mart 2017 00:13 (UTC +04:00)

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, tərəflər terrorla mübarizə, Yaxın Şərqdəki vəziyyət, Fələstin - İsrail nizamlanmasını müzakirə edəcəklər.

“Söhbət zamanı ticarət- iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq”, məlumatda deyilir. Qeyd edək ki, bundan əvvəl B. Netanyahu Putinlə görüşdə İranın Suriyada hərbi iştirakının qəbuledilməzliyinə dair məsələ qaldıracağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR