Nyu-Yorkda Tramp əleyhinə aksiyada 13 qadın saxlanılıb

Nyu-Yorkda Tramp əleyhinə aksiyada 13 qadın saxlanılıb
# 09 mart 2017 01:29 (UTC +04:00)

Nyu-Yorkda ABŞ prezidenti Donald Trampa məxsus “Trump International Hotel & Tower” hoteli qarşısında etiraz aksiyasında iştirak edən 13 qadın saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hələ ki, onlara qarşı heç bir ittiham irəli sürülməyib.

ABŞ-ın bir neçə şəhərində 8 Mart beynəlxalq qadınlar günü münasibətilə müxtəlif aksiyalar keçirilib. Aksiya iştirakçıları qadın haqlarının təmin edilməsi, gender və irqi bərabərliyin bərqərar olunması tələb ediblər.

Qeyd edək ki, D.Trampın inauqurasiyasından bir gün sonra ABŞ-da, eləcə də London, Roma, Paris, Stokholm və dünyanın digər şəhərlərində yeni prezidentə əleyhinə «Qadınların marşı» adı altında yürüşlər keçirilib. Bundan əvvəl Tramp seçkiqabağı kampaniya zamanı abortlara büdcədən vəsait ayrılmasına son qoyulacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR