Rusiyada yanğında iki uşaq ölüb

Rusiyada yanğında iki uşaq ölüb
# 09 mart 2017 08:09 (UTC +04:00)

Rusiyada yanğın nəticəsində iki uşaq ölüb.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumatına görə, yanğın Kirov vilayətinin Krasnaya Polyana qəsəbəsindəki fərdi evlərin birində baş verib.

Hadisə yerində 3 və 5 yaşında iki uşağın meyiti aşkar edilib. Onların anası isə xəstəxanaya çatdırılıb.

İstintaq Komitəsinin yerli idarəsinin məlumatına görə, yerli vaxt ilə saat 23.00 radələrində başlayan yanğın zamanı evin damı, divarları və bütün əşyalar yanıb.

Artıq ekspertiza təyin edilib. Ekspertizanın nəticələrinə əsasən müvafiq qərar qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR