Xocalıya həsr olunmuş xatirə konserti London LİVE kanalında yayımlanıb

Xocalıya həsr olunmuş xatirə konserti London LİVE kanalında yayımlanıb
# 09 mart 2017 09:20 (UTC +04:00)

Londonun Kovent Qarden rayonunda yerləşən “St.Paul’s Church” kilsəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş xatirə konserti haqqında video reportaj London LİVE televiziya kanalında yayımlanıb.

Ənənəvi anım konserti bu ilin fevralın 24-də “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

TEAS-dan APA-ya verilən məlumata görə, anım konsertində soprano səsə malik Selcan Nəsibli “Sevil” operasından “Sevil”in ariyasını, pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev isə bəstəkarlar Şopen və Raxmaninovun populyar əsərlərini ifa ediblər.

Konsert fransız bəstəkar Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran "Xocalı 613" əsərinin ifası ilə yekunlaşıb.

Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblı tərəfindən birgə ifa edilib.

Sonda tədbir iştirakçılarının hər birinə konsertin CD diski hədiyyə edilib.

Məlumat üçün bildirək ki, London LİVE (Canlı yayım) televiziya kanalı Böyük Londonda, həmçinin peyk və kabel vasitəsilə yayımlanır. Onun 200 minə yaxın tamaşaçı auditoriyası var.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR