Ağcabədidə həyətyanı sahədə tank əleyhinə əl qumbarası tapılıb

Ağcabədidə həyətyanı sahədə tank əleyhinə əl qumbarası tapılıb
# 09 mart 2017 14:01 (UTC +04:00)

Ağcabədi rayonunda əl qumbarası tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, rayonun Aran kəndində bir ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə əl qumbarası (RKQ-3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR