Putin və Netanyahu arasında görüş keçirilib

Putin və Netanyahu arasında görüş keçirilib
# 09 mart 2017 14:04 (UTC +04:00)

Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdəki, xüsusi ilə Suriyadakı hazırkı vəziyyət müzakirə olunub.


Bundan başqa, tərəflər Rusiya-İsrail əməkdaşlığını müzakirə ediblər.
V. Putin İsrail baş naziri ilə aralarında sıx və güvənli təmasın yaranmasından məmnunluğunu ifadə edib: "Biz müntəzəm olaraq şəxsən görüşürük, hər zaman telefonla əlaqə saxlayırıq, nazirliklər səviyyəsində işləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR