“Sumqayıt” “Anji”dən qapıçı alıb

“Sumqayıt” “Anji”dən qapıçı alıb
# 09 mart 2017 14:57 (UTC +04:00)

“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Anji”dən qapıçı alıb.

Belə ki, Mahaçqala təmsilçisinin qolkiperi Mehti Cənətov “kimyaçılar”la anlaşıb. Razılığa görə, 25 yaşlı oyunçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.


Qeyd edək ki, Mehti Cənətov Azərbaycanın U-21 millisinin şərəfini qoruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR