Rusiya və Türkiyə baş nazirləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə baş nazirləri arasında telefon danışığı olub
# 09 mart 2017 17:06 (UTC +04:00)

Rusiyanın baş naziri Dmitri Medvedevin türkiyəli həmkarı Binəli Yıldırımla telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı zamanı energetika sahəsində birgə iri layihələr və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin sənaye və kənd təsərrüfatı mallarının iki ölkənin bazarlarına daxil olmasının asanlaşdırılmasına dair məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR