ABŞ Fars körfəzindəki müttəfiqlərini ballistik raketlərlə təchiz edə bilər

ABŞ Fars körfəzindəki müttəfiqlərini ballistik raketlərlə təchiz edə bilər
# 09 mart 2017 20:16 (UTC +04:00)

ABŞ Fars körfəzindəki müttəfiqlərini ballistik raketlərlə təchiz edilməsi məsələsini nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri general Cozef Votel deyib.

“Biz Fars körfəzindəki bəzi tərəfdaşlarımıza ballistik raketlərin tədarük imkanlarını nəzərdən keçiririk”, - deyə Votel Senatdakı dinləmələr zamanı bildirib.

Qeyd edək ki, İran bu gün və martın əvvəlində yeni ballistik raketlərini sınaqdan keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR