Aİ Şurası sammitin ümumi yekun sənədini qəbul edə bilməyib

Aİ Şurası sammitin ümumi yekun sənədini qəbul edə bilməyib
# 10 mart 2017 02:29 (UTC +04:00)

Avropa İttifaqı Şurası sammitin nəticələrinə dair ümumi yekun sənədi qəbul edə bilməyib, sadəcə sədrin rəyləri Aİ-nin 27 ölkəsi tərəfindən dəstəklənib. APA-nın xəbərinə görə, bunu Aİ Şurasının sədri Donald Tuskun rəsmi nümayəndəsi Preben Aamann bildirib.

Qeyd edək ki, Polşanın baş naziri Beata Şidlo bundan əvvəl Donald Tuskun Aİ Şurasının sədri postuna yenidən seçilməsinə etiraz olaraq, ölkəsinin sammitin yekun sənədini dəstəkləməyəcəyini bəyan etmişdi.

“Aİ Şurasının yaz iclası başa çatıb. 27 nümayəndə heyətinin dəstəklədiyi Aİ Şurasının rəyləri tezliklə dərc olunacaq”, - deyə Aamann bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR