Seulda toqquşmalar nəticəsində iki nəfər ölüb

Seulda toqquşmalar nəticəsində iki nəfər ölüb
# 10 mart 2017 08:39 (UTC +04:00)

Cənubi Koreyanın paytaxtı Seulda sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşma nəticəsinə iki nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, onlardan birinin 72, digərinin isə 60 yaşı olub.

Toqquşmalara səbəb Konstitusiya Məhkəməsinin hakimiyyətdən kənarlaşdırılan prezident Pak Kın He ilə bağlı yekun qərarıdır. Qərardan narazı qalan sabiq prezidentin tərəfdarları əllərində çubuq və dəmir borularla məhkəmə binasına daxil olmağa çalışıblar. Nəticədə 8 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti çox ağır kimi qiymətləndirilir.

Konstitusiya Məhkəməsi və digər dövlət binalarının mühafizəsinə 20 mindən çox polis əməkdaşı cəlb olunub. Yerli KİV-in məlumatına görə, sabiq prezidentin tərəfdaşları jurnalistlərə də hücum edib. Nəticədə bir neçə yaponiyalı və koreyalı jurnalist xəsarət alıb.

Qeyd edək ki, Pak Kın He Cənubi Koreya tarixində impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılan ilk prezident olub. Konstitusiya məhkəməsi korrupsiya ittihamlarına görə hakimiyyətdən uzaqlaşdırılan prezident barədə verilən ilkin qərarı təsdiqləyib. 60 gün ərzində ölkədə yeni prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR