BTRİB: İnternetin sürəti ilə bağlı problemlərin aradan qaldırılması üçün əsaslı təmir işləri aparılır

BTRİB: İnternetin sürəti ilə bağlı problemlərin aradan qaldırılması üçün əsaslı təmir işləri aparılır
# 10 mart 2017 08:38 (UTC +04:00)

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ötən ilin əvvəlindən abunəçilərin internet sürəti və kəsintilərlə bağlı qarşılaşdığı problemin aradan qaldırılması məqsədilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. "APA-Economics" xəbər veri ki, bu barədə BTRİB-dən bildirilib.

Məlumata əsasən, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib: "BTRİB-in daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılımış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir".

Qurumdan onu da bildiriblər ki, dəyişkən hava şəraiti ilə əlaqədar rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların qarşısını almaq üçün hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellərküləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR