Salyanın baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilib

Salyanın baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilib
# 10 mart 2017 12:37 (UTC +04:00)

Salyan şəhərinin baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə komitənin, icraçı təşkilat olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Salyan rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Salyan şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda Salyan şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR