Moskvada Putin və Ərdoğan arasında görüş keçirilir

Moskvada Putin və Ərdoğan arasında görüş keçirilir
# 10 mart 2017 12:38 (UTC +04:00)

Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Türkiyə tərəfdən isə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın iştirak edir.


Vladimir Putin türkiyəli həmkarını Moskvada qəbul etməkdən məmnun olduğunu deyib. Görüşün məhsuldar keçəcəyinə əminliyin vurğulayan Rusiya dövlət başçısı iki ölkə arasında enerji və digər sahələrdə birgə layihələri, o cümlədən terrorçuluğa qarşı mübarizəni müzakirə edəcəklərini söyləyib.

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olmaqdan məmnunluğunu ifadə edib. O, bu gün rusiyalı həmkarı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklərini və bu iclasda ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemləri də müzakirə edəcəklərini vurğulayıb.

Qeyd edək ki, ikitərəfli görüşdən sonra Rusiya və Türkiyə arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclası başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR