Ərdoğan: "Dostum Putinlə regional problemləri müzakirə edəcəyik"

Ərdoğan: "Dostum Putinlə regional problemləri müzakirə edəcəyik"
# 10 mart 2017 13:11 (UTC +04:00)

”Bu gün Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında dostum Putinlə regional problemləri də müzakirə edəcəyik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kremldə Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. O deyib ki, VI Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemlərin həlli yolları da müzakirə olunacaq: "Regional problemlərin müzakirəsi Türkiyə və Rusiyanın regionda təsir gücün artmasına yardımçı olacaq".

Türkiyə prezidenti iki ölkə arasında “Türk axını” qaz kəməri və Akkuyu AES-nin tikintisi ilə bağlı qarşılıqlı fəaliyyətin inkişaf etdiyini vurğulayıb: "Bugünkü gündə iki ölkə arasında əməkdaşlığın əsas elementləri sənaye və energetikadır. Moskva və Ankaranın bu sahədəki qarşılıqlı fəaliyyəti və eləcə də bir sıra digər məsələlər danışıqlar zamanı müzakirə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR