AZAL-ın Aviasiya Təhlükəsizlik İdarəsinin statusu dəyişib

AZAL-ın Aviasiya Təhlükəsizlik İdarəsinin statusu dəyişib
# 10 mart 2017 14:05 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyində olan Aviasiya Təhlükəsizlik İdarəsinin statusunun dəyişməsi ilə əlaqədardır.

İdarə Aviasiya Təhlükəsizlik Baş İdarəsinə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR