Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
# 10 mart 2017 14:44 (UTC +04:00)

Martın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Zakir Həsənov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və bu münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.


Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlığın vacibliyini qeyd edən dövlət naziri T.Al-Sabha bunun üçün geniş potensialın olduğunu bildirib.
Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR