Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib

Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib
# 10 mart 2017 15:29 (UTC +04:00)

”Bu gün Rusiya prezidenti Vladimir Putinlə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələrimizi bölüşdük. Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür”.


APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib. O bildirib ki, terrorla mübarizədə birgə hərəkət etmək böyük əhəmiyyət daşıyır: “Müvafiq qurumlarımız bu barədə təkliflərini verəcəklər. Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz mövqeni digər terror təşkilatlarına qarşı da nümayiş etdirməliyik. Bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətlərinə son verilməsini xüsusi qeyd edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR