Ərdoğan: "Türkiyə və Rusiyanın regionda problemlərin həllində işbirliyi bəzilərini narahat edir"

Ərdoğan: "Türkiyə və Rusiyanın regionda problemlərin həllində işbirliyi bəzilərini narahat edir"
# 10 mart 2017 18:03 (UTC +04:00)

"Türkiyə və Rusiyanın regionda problemlərin həllində işbirliyi bəzilərini narahat edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Ancaq biz təxribatlara uymayacağıq, terror təşkilatlarının ikitərəfli münasibətlərini zəhərləməsinə icazə verməyəcəyik. Fürsətdən istifadə edib, Ankara terrorun qurbanı olan səfir Andrey Karlovun xatirəsini anmaq istəyirəm", - deyə Türkiyə prezidenti qeyd edib.

R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putini İstanbula dəvət edib: "Sizi gələn il Türkiyə keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına dəvət edirəm. Bu il iyul ayında İstanbulda keçiriləcək Dünya Neft Konqresində də Vladimir Putini görməkdən məmnun olarıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR