PwC Azərbaycan “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransına dəstək olub

PwC Azərbaycan “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransına dəstək olub
# 10 mart 2017 18:44 (UTC +04:00)

Bu gün PwC Azərbaycanın ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev Vergilər Nazirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən kecirilən sayca 6-cı illik vergi konfransında cıxış edib.

APA-nın xəbərinə görə, "Vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi və könullu əməletmə" mövzusunda çıxış edən Mövlan Paşayev şəffaflıq prosesin əsasını təşkil edən vergi öhdəliyinin öncədən müəyyən edilməsi üçün əhəmiyyətli olan yeni normalar haqqında danışıb.

"Vergi öhdəliyinin öncədən müəyyənləşdirilməsi konsepsiyasının təqdim edilməsi ölkəmizin vergi sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, vergi ödəyiciləri və vergi orqanları arasındakı əməkdaşlığı yeni bir səviyyəyə qaldırmaqla bərabər vergi inzibatçılığının da yüngülləşdirilməsi istiqamətində irəliyə doğru atılmış bir addımdır"- deyə Mövlan Paşayev vurğulayıb.

Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı davamlı şəkildə təkliflər irəli sürən və bu dəyişikliklərin qəbul olunmasi prosesində fəal iştirak edən PwC Azerbaycanın əsas məqsədi cəmiyyətdə etimad yaradaraq, işgüzar mühiti təkmilləşdirmək ve dövlətə bu mühüm transformasiya prosesində dəstək olmaqdır.

Konfransdan sonra, Vergilər Nazirliyi ilə PwC Azərbaycan və “Böyük Dördlüyə” daxil olan digər şirkətlər arasında əməkdaşlığa dair memorandum sazişi imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR