Meksikada kütləvi məzarlıqda 240 nəfərin meyiti aşkarlanıb

Meksikada kütləvi məzarlıqda 240 nəfərin meyiti aşkarlanıb
# 10 mart 2017 22:02 (UTC +04:00)

Meksikanın Verakrus ştatında kütləvi məzarlıq aşkarlanıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumatına görə, məzarlıqdan 240 meyit qalığı çıxarılıb.

Meyitlərin 14-25 yaş arası şəxslərə aid olduğu bildirilir. Məlumata görə, qazıntı işləri davam etdirilir, yeni qalıqların aşkar ediləcəyi ehtimal olunur.

İlkin versiyaya görə, ölənlərin narkotika ticarəti ilə məşğul olan qruplaşmalarla əlaqələrinin olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR