Bu ilin fevral ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 8 951 yeni abonent qeydiyyata alınıb.
“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bunun da 3 610-u Bakı, Abşeron və Sumqayıt, 5 341-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunana abonentlərin sayı 2 027 995-ə çatıb.
Qeyd edək ki, bu ilin fevralın 1-nə olan məlumata görə qeyri-əhali sektoru üzrə 416 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.