Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər

Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər
# 11 mart 2017 11:38 (UTC +04:00)

Azərbaycan müdafiə nazirinin və İnsan hüquqları üzrə müvəkkilinin birgə təsdiq etdikləri tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsman aparatının sektor müdiri Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR