Türkiyəli ekspertlər: “Baş verənlər Avropanın Ərdoğanın liderliyini qəbul edə bilməməsi ilə bağlıdır”

Türkiyəli ekspertlər: “Baş verənlər Avropanın Ərdoğanın liderliyini qəbul edə bilməməsi ilə bağlıdır”
# 12 mart 2017 10:08 (UTC +04:00)

“Cərəyan edən proseslər Rəcəb Tayyib Ərdoğanın liderliyinin Avropa tərəfindən qəbul edilə bilməməsiylə bağlıdır”.

Bunu APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən “Güneş” qəzetinin köşə yazarı, “Ülke TV”-nin proqram aparıcısı, Avrasiya Bir Vəqfinin müdiri Ömər Özkaya söyləyib.

Ö. Özkaya deyib ki, Avropa Şərq ölkələrində itirdiyi etibarını və nüfuzunu yenidən qazana bilmək üçün R. T. Ərdoğanın Türkiyə iqtidarından uzaqlaşdırılmasının əsas şərt olduğunu düşünür: “Ona görə də Türkiyəni Əfqanıstan və Pakistan kimi terrorun səngimədiyi ölkəyə çevirməyə çalışırlar. Ərdoğan sayəsində Türkiyə son illərdə çox inkişaf edib, Avropa da narahat edən budur. Buna görə hər addımda Türkiyəyə badalaq qurmağa çalışırlar”

Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin prorektoru, Ankaradakı Kafkas Stratejik Araşdırmalar Mərkəzinin sədri Həsən Oktay APA-ya açıqlamasında bildirib ki, Hollandiya Almaniya və Avstriya ilə birlikdə hərəkət edir: “Əsas məqsəd Ukrayna böhranında Rusiyaya qarşı açıq şəkildə öz mövqeyini nümayiş etdirməyən Türkiyəni Avropanın gözündən salmaqdır. Bunun da adını “Türkiyə öz daxili məsələlərini Avropaya gətirməsin”- qoyurlar. Yaxın gələcəkdəki seçkilərdə hər üç ölkə Türkiyəyə qarşı həyata keçirilən bu təzyiqlərdən öz daxili siyasətində də istifadə edəcək. Türkiyə təmkinli davranmalı və qurulan tələni görərək diplomatiya yollarından istifadə etməlidir. Avropanın məqsədlərindən biri də Türkiyəni emosional davranmağa məcbur etmək və başqa ittifaqlar barədə düşünməyə məcbur etməkdir. Bu da bizə qarşı qurulmuş tələdir. Biz öz hədəfimizdən vaz keçməməli və təmkinli davranaraq, burulğandan çıxmalıyıq. Əks-təqdirdə Avropada yüksəlməkdə olan siyasi trendlərin dəyirmanına su tökərik. Diplomatiya yollarından axıra qədər istifadə edilməli və Avropa İttifaqı ümidlərinin tükədilməsinə qətiyyən yol verilməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR