Niderlandda polis Türkiyə konsulluğu qarşısında aksiyada iştirak edən 12 nəfəri saxlayıb

Niderlandda polis Türkiyə konsulluğu qarşısında aksiyada iştirak edən 12 nəfəri saxlayıb
# 12 mart 2017 13:33 (UTC +04:00)

Niderland polisi dünən Rotterdamda Türkiyə konsulluğu qarşısında aksiya iştirakçılarından 12 nəfəri saxlayıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Niderland polisinin təmsilçisi Patrisiya Uessls aksiyaçıların ictimai asayişi pozduqları üçün saxlandığını söyləyib.

P. Uessls aksiyaçıların polisə butulka və daş atdığını, polisin rezin dəyənək və gözyaşardıcı qazdan istifadə etdiyini qeyd edib. İğtişaş zamanı 7 nəfər, o cümlədən polis zabiti xəsarət alıb.

Qeyd edək ki, dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR