Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 46-ya çatıb - YENİLƏNİB

Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 46-ya çatıb - <span style="color: red;">YENİLƏNİB
# 12 mart 2017 19:51 (UTC +04:00)

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə nəhəng zibil yığınının uçması nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlarla insan zibil yığını altında qalıb, ölənlərin sayının artması ehtimal edilir.

Hadisə baş verən zaman ərazidə 150-yə yaxın insan olub. Xilasedicilər 37 nəfərin həyatını xilas edib.

Ərazidə xilasetmə əməliyyatı davam edir.

***

17:51

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə ən azı 24 nəfər nəhəng zibil yığınının uçması nəticəsində ölüb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, zibil yığını 30-a yaxın gecəqondunun üzərini örtüb.

Hadisə baş verən zaman həmin ərazidə 150-yə yaxın insan olub. Xilasedicilər 37 nəfərin həyatını xilas edib. Onlarla insan zibil yığını altında qalıb. Ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, şəhər yaxınlığındakı zibil nəhəng yığını 50 il formalaşıb. Son illər zibil başqa yerə daşınsa da, yaxınlıqda yaşayan fermerlər yeni zibil poliqonunun yaradılmasına etiraz ediblər. Zibil yenidən köhnə poliqona daşınmaqda davam edib. Bu da bu gün faciəyə yol açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR