Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə çatıb

Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə çatıb
# 12 mart 2017 17:44 (UTC +04:00)

Fevralın 19-dan Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın miqrasiya üzrə naziri Casim Məhəmməd əl-Caf bildirib.

Onun sözlərinə görə bu gün nazirliyin əməkdaşları Mosuldan cənubda, Tikrit şəhəri yaxınlığında və digər əyalətlərdə 10 607 nəfəri qəbul edərək müvəqqəti sığınacaqlara yerləşdirib. “Beləliklə Qərbi Mosuldan qaçqın düşənlərin sayə 99 min 852 nəfərə çatıb”, deyə nazir bildirib.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR