Rusiyada sutka ərzində iki zəlzələ baş verib

Rusiyada sutka ərzində iki zəlzələ baş verib
# 12 mart 2017 23:43 (UTC +04:00)

Kamçatka sahillərində sutka ərzində iki zəlzələ baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, 4,8 bal gücündə zəlzələ Ust-Kamçatsk yaşayış məntəqəsindən 70 km cənubda qeydə alınıb. Yeraltı təkanların ocağı 70 km dərinlikdə yerləşib.

Digər seysmik hadisə Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatsk şəhərindən 199 km cənub-şərqdə 4,2 bal gücündə olub.

Yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR