ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək
# 13 mart 2017 00:14 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu birgə hərbi təlimlərə başlayır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Key Resolve” adlı hərbi təlimlər martın 24-dək davam edəcək.

Qeyd edək ki, martın 1-dən Cənubi Koreyada iki ölkə hərbçilərinin iştirakı ilə “Foal Eagle” adlı irimiqyaslı əməliyyat-taktiki təlimlər də davam edir. Təlimlərə ABŞ və Cənubi Koreyanın Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri cəlb edilib. Təlimlərdə ABŞ tərəfindən “Carl Vinson” aviadaşıyıcısı, F-35 qırıcıları və B-52 bombardmançı təyyarələri iştirak edir.

Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR