Rusiyada turistlər qar uçqununa düşüb, ölən var

Rusiyada turistlər qar uçqununa düşüb, ölən var
# 13 mart 2017 03:12 (UTC +04:00)

Rusiya Federasiyasının Buryatiya Respublikasında 4 nəfərdən ibarət turist qar uçqununa düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb.

Turistlərin İrkutsk vilayətindən gəldiyi bildirilir. İlkin məlumata əsasən, ölən şəxs Fransa vətəndaşıdır.

Yerli hüquq-mühafizə orqanları məlumatı hələ ki, şərh etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR