Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinə dəstəyini ifadə edib

Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinə dəstəyini ifadə edib
# 13 mart 2017 08:57 (UTC +04:00)

Ermənistan-Azərbaycan Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlanda dəstəyini ifadə edən bəyanat yayıb.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan-Azərbaycan Sülh Platforması münaqişə tərəfləri olan ölkələrin dövlət rəhbərlərinin açıqlamasında əksini tapan müharibə ritorikasının Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada biləcəyindən narahatdır.

Platforma tərəfləri münaqişənin yeganə həll yolu olan sülh danışıqlarının substantiv əsasda təcili bərpasına çağırır: "Təqdirəlayiq haldır ki, bəyanatdan bir gün sonra, martın 11-də, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland keçirdiyi mətbuat konfransında danışıqlar masasına qayıtmağın vacibliyini bildirdi. Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın bu bəyanatını tam dəstəkləyir, Ermənistan və Azərbaycan rəhbərlərinin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində təxirəsalınmadan danışıqlara başlamağa çağırır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR