Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi neftçilərə xidmət edəcək sərnişin gəmisinin təmirinə başlayıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi neftçilərə xidmət edəcək sərnişin gəmisinin təmirinə başlayıb
# 13 mart 2017 08:55 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “MPK-460” sərnişin gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, qısa vaxtda gəminin sükan-pər qurğusu açılıb, pərvanələr balanslaşdırılıb, lövbər və zəncirləri rənglənərək yerinə yığılıb. Hazırda gəminin gövdəsi pasdan təmizlənir. İşlərin yekununda isə uzunluğu 34, eni 7 metr olan gəminin bütün sualtı hissəsi rənglənəcək.

Xəzər Dəniz Neft Donanmasında istismar edilən 66 sərnişin tutumuna malik gəminin maksimal sürəti 11-12 üzeldir. Neftçilərin və çox da ağır olmayan yüklərin Neft Daşları və platformalara daşınmasını həyata keçirən gəminin yaxşı manevr qabiliyyəti estakadaların arasında effektiv idarəsinə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR