Azərbaycan prezidenti “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2017 09:45 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edilib.

Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

*** 12.33

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR