Putin-Sarkisyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

Putin-Sarkisyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq
# 13 mart 2017 10:39 (UTC +04:00)

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Rusiyaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti əsasında gerçəkləşəcək.

Prezidentlərin görüşü zamanı siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair əsas məsələlər, eləcə də Avrasiya məkanında qarşılıqlı fəaliyyət inteqrasiyasının inkişaf perspektivləri müzakirə olunacaq.

Kremin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR