Almaniya yığması Bakıya yeni futbolçularla gələcək

Almaniya yığması Bakıya yeni futbolçularla gələcək
# 13 mart 2017 13:39 (UTC +04:00)

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv milliyə yeni futbolçular cəlb edəcək. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Azərbaycanın qonağı olacaq Bundestimdə debütant futbolçular da yer alacaq.

Belə ki, heyəti cümə günü açıqlayacaq Lövün siyahıya 2 yeni futbolçunun adını daxil etdiyi bildirilir. Bunlar “Leyptsiq”in hücumçusu Timo Verner və “Herta”nın müdafiəçisi Niklas Starkdı. Hər iki oyunçu Almaniyanın U-21 yığmasının üzvüdü.

Lövün açıqlayacağı heyətdə “Bavariya”nın müdafiəçisi Boatenqin da yer alacağı gözlənilir. Təcrübəli müdafiəçi zədəsi ilə əlaqədar, ötən ilin noyabrında San-Marino və İtaliya ilə keçirilmiş matçlarda yığmanın formasını geyinməmişdi.

Qeyd edək ki, Bundestim millimizlə oyunda zədəlilər - Marko Roys, Mario Götze və İlkay Gündoğanın xidmətindən istifadə edə bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR