Bakıda “Böyük İpək yolu” beynəlxalq boks turniri start götürür

Bakıda “Böyük İpək yolu” beynəlxalq boks turniri start götürür
# 13 mart 2017 14:00 (UTC +04:00)

Sabah Bakıda kişi və qadınlar arasında boks üzrə ənənəvi beynəlxalq “Böyük İpək yolu” turniri start götürəcək. Kişilərdən ibarət milli komandamızın baş məşqçisi Nəriman Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycan böyük heyətlə çıxış edəcək.

Belə ki, komandamız hər çəkidə 4 idmançı ilə mübarizə aparmağı planlaşdırır. Abdullayev bildirib ki, bu millinin formalaşması üçün belə edilib.

Onun sözlərinə görə, turnirdə Qazaxıstan, Türkiyə, Ukrayna, Özbəkistan, Qətər, Gürcüstan, İran və Rusiya boksçuları da yumruqlarını döyüşdürəcəklər.

Qadınların yarışında isə yığmamızla yanaşı, Ukrayna, Türkiyə və Belarus boksçuları güclərini yoxlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR